İranda hicabsız konsert verən gənc müğənniyə cinayət işi açıldı - FOTOLAR

İranda hicabsız konsert verən gənc müğənni Pərəstu Əhmədiyə qarşı cinayət işi açılıb.

Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.

Bildirilib ki, gənc müğənninin karvansaraların birində məcburi hicab qaydalarını pozaraq konsert verməsinin görüntüləri sosial şəbəkələrdə paylaşıldıqdan sonra ona və konsertin təşkilatçılarına İranın Ədliyyə-Məhkəmə Sistemində cinayət işi açılıb.

Qeyd edilib ki, Pərəstu Əhmədinin konserti sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub. Bəzi istifadəçilər müğənninin bu addımını İran tarixində hicabsız səhnəyə çıxan ilk qadın müğənni Qəmərülmülk Vəzirinin ifası ilə müqayisə və bu dövrdə səhnəyə çıxmaq üçün cəsarət tapdığı üçün təbrik ediblər.