İranda 11 kişini öldürən qadın həbs edildi

İranda seriya qətllərdə təqsirləndirilən qadın həbs olunub.

Stopnarkotik.az yenisabah.az-a istinadla xəbər verir ki, 56 yaşlı Gülsüm əslən Mazandaran əyalətinin Sari şəhərindəndir.

Yaşlı və varlı kişilərlə 14 dəfə ailə qurmuş qatil müxtəlif üsullarla 11 kişini öldürdüyünü etiraf edib.

Ərlərini qətlə yetirməklə onların varidatına sahib olan cani etiraf edib: "Qoca kişiləri öldürmək mənim üçün adi hala çevrildi və polis məni tutmasaydı, başqa qocaları da öldürməyə davam edərdim".

56 yaşlı Külsüm İran tarixində ikinci seriya qatildir və ondan əvvəl Qəzvində Məhin Qədiri eyni ittihamlarla həbs olunub.