İranın Sistan və Bəluçistan əyalətinin Əfqanıstanla sərhəddəki Səravan şəhərinin Kəlqan bölgəsində İran sərhədçilər ölkəyə daxil olmağa çalışan əfqanıstanlıları güllələyiblər.
Bu barədə "Telegram" kanallarında video yayılıb.
Məlumata görə, əfqan qaçqınlar 300 nəfərlik qrupdan ibarət olub. Onların pusquya salındığı bildirilib.
Qeyd olunub ki, İran sərhədçiləri tərəfindən əfqanların atəşə tutulması nəticəsində 260 nəfər qətlə yetirilib.
Əfqanıstanın keçmiş baş prokuroru Məhəmməd Fərid Həmidi də bununla bağlı özünün X hesabında paylşım edib:
“Bu İran hökumətinin əfqanıstanlı qaçqınları qəsdən qətliam etməsidir, bu, bəşəriyyətə qarşı cinayətdir”.