İsrail İranın hücumuna emosional deyil, ağıllı şəkildə cavab verəcək.
Bu barədə baş nazir Binyamin Netanyahu hakim Likud partiyasına məlumat verib.
Onun sözlərini Kan radiosu yayıb.
Netanyahu vurğulayıb ki, rəsmi Təl-Əviv İranı gərgin vəziyyətə salmaq istəyir: "Çünki belə gərginliyi onlar bizə yaratmışdılar".
Radiostansiyanın məlumatına görə, İsrail cavab hücumu barədə ABŞ-ı xəbərdar etməlidir. Məqsəd isə amerikalıların təhlükə ilə üzləşməməsidir.
Kan nəşrinə açıqlama verən mənbə bildirib ki, bu tələb Vaşinqton tərəfindən irəli sürülüb.