İran vətəndaşı Azərbaycanda itkin düşdü

Azərbaycanda İran vətəndaşı itkin düşüb.

Stopnarkotik.az xəbər verir ki, Masallı rayonu Türkoba kəndində quru meyvələrin satışı ilə məşğul olan, 1985-ci il təvəllüdlü, İran vətəndaşı Məcid Purcəfər 2 gündür işlədiyi mağazada pasportunu və mobil telefonunu qoyaraq həmin yerdən naməlum istiqamətdə gedib və geri qayıtmayıb.

Araşdırma aparılır.