İran və Pakistan diplomatik missiyalarını BƏRPA ETDİ

İran və Pakistan qarşılıqlı olaraq diplomatik missiyalarını bərpa edib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Rəsul Musəvi deyib.

O bildirib ki, İran səfiri Reza Əmiri Moqhaddam bu gün diplomatik missiyasını bərpa etmək üçün İslamabada gedib.

Öz növbəsində Pakistanın İrandakı səfiri Məhəmməd Mudasir Tipu da X səhifəsində Tehrana qayıtdığını bildirib.