"İran uran istehsalının sürətini azaldıb"
Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi İranın uran istehsalı ilə bağlı deyib:
"İran hələ də 60%-lik uranı artırır, lakin bu məhsulun istehsal tempini bir qədər aşağı salıb.
Bir qədər azalma (60%-lik uran istehsalı nisbətində) müşahidə olunur. Onlar hələ də uran ehtiyatlarını artırırlar, lakin daha yavaş sürətlə".