İranın hava hücumundan müdafiə qüvvələri İsfahan səmasında olan üç pilotsuz uçuş aparatını vurub.
Bu barədə İran televiziyası xəbər verib.
Bildirilib ki, pilotsuz uçuş aparatları cümə günü yerli vaxtla təxminən 03:00-da İsfahan üzərində müşahidə edilib. Bundan sonra hava hücumundan müdafiə sistemi işə başladı və "onları göydə məhv etdi".
Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə "Doğru vəd əməliyyatı" kod adı altında İsrailə hücum edib. Hücumların aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab olaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilk birbaşa hərbi qarşıdurmadır.
Aprelin 14-də səhər saatlarında İran İsrailə qarşı əməliyyatın başa çatdığını elan edib.