İran prezidenti və digərlərinin cənazəsi Təbrizə göndərilib - VİDEO

İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri də göyərtəsində olduğu helikopterin qəzasında həlak olanların hamısının cənazələri hadisə yerindən çıxarılıb.

Stopnarkotik.az “Al-Jazeera” telekanalına istinadən xəbər verir ki, bu barədə Qırmızı Aypara Cəmiyyətinin İran üzrə rəhbəri Pir Hüseyn Kolivənd deyib.