İran Paris Olimpiadasından kənarlaşdırıla bilər

Bir qrup şəxs Beynəlxalq Olimpiya Komitəsindən (BOK) İranı idmanda ayrı-seçkiliyə yol verməmək prinsipini pozduğuna görə 2024-cü il Paris Olimpiadasında iştirakdan kənarlaşdırmağı xahiş edib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Qeyd edək ki, İranda qadınların güləş, boks, üzgüçülük, voleybol və gimnastika ilə məşğul olması qadağandır.