İordaniya nizamsız şiə silahlı dəstələri ilə İsrail arasında alovlanan müharibədə iştirak edir.
Stopnarkotik.az xəbər verir ki, indi İordaniya krallığı təkcə İraqdan atılan raketləri deyil, həm də ölkənin hava məkanı vasitəsilə yəhudi dövlətinə doğru hərəkət edən PUA-ları ələ keçirir.
Paradoksal olsa da, Ammanın Qəzza ətrafında gərginliyin azaldılması prosesinə verdiyi töhfəni indi hətta Haşimilər Krallığını keçməklə bölgəyə narkoticarət xətti qurmaq istəyən suriyalı qaçaqmalçılara qarşı adi reydlər hesab etmək olar.
Bu yaxınlarda qaçaqmalçılıq şəbəkəsinin 200-ə yaxın üzvünün Suriyadan olan şiə qruplarının birbaşa dəstəyi ilə çalışdığı İordaniya sərhədini kütləvi şəkildə aşmaq cəhdi göstərdi ki, indi onlar krallığa təkcə narkotik maddələri deyil, həm də raketləri işə salan qurğular daşımaq istəyirlər.
İordaniya kəşfiyyatı ilə əməkdaşlıq edən və hadisənin təfərrüatlarına bələd olan Qərb ölkələrinin müvafiq qurumları hesab edir ki, söhbət İrana yaxın qrupların İsrailə raket və PUA-lar ötürmək üçün İordaniyada daimi məntəqə yaratmaq istəyindən gedir.
Region ölkələrinin üzləşdiyi məsələ fələstinlilərlə həmrəylik deyil, əsas məqsəd odur ki, təhlükəsizlik status-kvosu həddini aşmış şiə müqaviməti ilə "süpürülüb sovrulmasın".
Stopnarkotik.az