Vaşinqton İran-Venesuela texnoloji işbirliyinə təşvişlə yanaşır. Söhbət PUA istehsalından gedir. 2012-ci ilin iyununda Hugo Çavez Venesuelanın artıq öz PUA-larını istehsal etdiyini deyərək hər kəsi təəccübləndirdi.
Əslində isə bu təhlükəli işbirliyi 2006-cı ildə, Karakasın Tehranla hərbi-texniki saziş imzaladığı zaman başlayıb. Razılaşmaya texnologiya ötürülməsi, təlim və İranın “Mohajer-2” PUA-ları üçün dəstlərin tədarükü daxildir. O vaxtadan 28 milyon dollarlıq müqavilə indi kəşfiyyat PUA-ları, radara düşməyən gizli PUA modelləri və döyüş PUA-ları istehsal edən nəhəng proqrama çevrildi.
Mütəxəssislər bildirirlər ki, 2022-ci ildən Venesuela PUA-ları 4 kiloqrama qədər bomba daşıyır. Məsələnin məğzi bundan ibarətdir ki, ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi (CSIS) və ABŞ Cənub Komandanlığının Dialoq Təşəbbüsü proqramı kimi beyin mərkəzləri bu dronların “yeni asimmetrik təhlükə” yaratdığı barədə xəbərdarlıq edir. Narahatlıq təkcə onların ölkə içində istifadəsi ilə bağlı deyil, texnologiyanın regiondakı müttəfiq hökumətlərə və cinayətkar qruplara ötürülməsi imkanları ilə bağlıdır. Vaşinqton İnstitutunun tədqiqatçısı Fərzin Nadimi qeyd edib ki, Venesuela İranın kamikadze dronlarının istehsalı üçün mərkəzə çevrilə bilər. Meksika ilə sərhədin narkotrafikə çevrilməsinin qarşısını ala bilməyən ABŞ üçün bu mühasirə vəziyyətidir. Beynəlxalq KİV-lərin əlinə keçən rəsmi sənədlərə görə, Karakasla Tehran arasındakı bu müqavilələr velosiped və traktor zavodlarının tikintisi layihələrinin arxasında gizlənib. Bu görüntünün arxasında bu gün Vaşinqtonla artan gərginlik fonunda Venesuela Silahlı Qüvvələrini dəstəkləyən hərbi proqram illərlə hazırlanıb.
Əslində, ABŞ-ın narahatçılığı bşa düşüləndir, çünki faktiki olaraq narkokartellər nizamlı bir dövlət ordusu qədər təchizatlı şəkildə PUA-lar daxil olmaqla silah-sursata malikdirlər. Bu iş elə bir miqyasa çatıb ki, narkotik əməliyyatlarında ordu narkokartellərə üstün gələ bilmir, onları tərksilah edə bilmir, hətta əksinə ordunun sıralarından həlak olanlar olur. Narkokartellər özlərini silahlı dəstələrlə müdafiə edirlər, sağlam dünyaya təhlükə yaradırlar. Bunda əl altından narkokriminal aləminə silah-sursat ötürənlər də elə onlar qədər günahkardırlar. Latın Amerikası ölkələrində narkotik kriminalının dünyanın qalan yerlərindəkinə nisbətlə daha çox çiçəkləndiyini nəzərə alsaq, güman etmək çətin deyil ki, İranın ötürdüyü PUA texnologiyasının Venesueladan narkokartelərin əlinə düşməsi çətin deyi, hətta çox mümkündür. O da məlumdur ki, bu qəbildən çirkli işlər İranda hakimiyyətin SEPAH qanadına həvalə olunub. İranın da Yaxın Şərqdə narkoticarət dünyasının mərkəzində yer aldığını nəzərə alsaq, PUA-ların Latın Amerikasına ötürüldüyünü və qarşılığında Tehranın bölgənin kokain paylanma mərkəzi rolu oynadığını düşünə bilərik. İranla Latın Amerikası arasında silah trafiki varsa, narkotik-kokain trafiki də mövcuddur. Latın Amerikasindan kokain yükləri İran vasitəsilə bölgəyə paylanır. Elə ölkəmizə də Latın Amerikan kokaini İrandan ayaq açır.
Stopnarkotik.az