İran İsrailə zərbə endirdi: 3 ÖLÜ, 91 YARALI - YENİLƏNİB

İranın İsrailə endirdiyi raket zərbələri nəticəsində ölənlərin sayı 3-ə çatıb, 91 nəfər yaralanıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

***09:11

İranın İsrailə zərbələri nəticəsində ağır yaralanan qadın xəstəxanada keçinib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.

Bildirilib ki, zərbələr Təl-Əvivdə ciddi dağıntılara səbəb olub, binaların uçqunları altında insanlar qalmış ola bilər.

Milli Tibb Xidməti 63 zərərçəkmişə yardım göstərildiyini açıqlayıb.