“Ey mənim Arazdan cənubda yaşayan soydaşlarım! Hökumətimiz son vaxtlar İsrailin üstünə barmaq silkələyir, özünü elə göstərir ki, guya dini-islamın, Fələstin xalqının yeganə xeyirxahı və nigəhbanıdır. Qüdsün dərdini çəkməmişdən əvvəl görün millətimizin, dinimizin düşmənləri Azərbaycanda neçə məscidi yerlə-yeksan ediblər. Üləmanın, şəcərəli seyidlərin, şəhidlərin məzarları dağıdılıb, mehrablar murdarlanıb... daha nələr, nələr. Qafqazın tarixində indiyə qədər görünməmiş rəzalət və dəhşətlər baş verib. Sizin əmmaməli din dəllallarının birinin də tükü tərpənməyib. Əksinə, dövlət ərkanınız ziyarətgahlarımıza mal-qara, donuz buraxanlara çörək verib, yardım edib Əli yolu, islam budur?”.
Stopnarkotik.az xəbər verir ki, bu barədə tanınmış yazar Firuz Haşımov özünün məqaləsində bildirib. O, İran rejiminin Güney Azərbaycana qarşı hər zaman düşmən mövqedə olduğunu və Qarabağ məsələsində də ermənilərə dəstək verdiyini xatırladır: “Hər il mahı-Məhərrəmdə hamımız yas saxlayırıq, nə toy olur, nə şənlik, təziyə saxlayıb ehsanlar veririk. Onu da bilirik ki, Aşura günü Kərbəlada ən ağır faciələrdən biri İmam Hüseyn Əleyhüsəlamın qucağında saxladığı körpə Əliəsgərin oxla vurulması olub. İslam tarixi uşaq qatillərinin adını saxlamağı lazım bilib: Həlmələ..! O təziyə, o mərasim yoxdur ki, orada bu cəllad lənətlə yad edilməsin. Sizin dövlət ərkanı isə Qarabağda yüzlərlə uşağın diri-diri yandırılmasında, başlarının kəsilməsində əli olan qatilləri bağrına basıb. Budur islam?
Rus şovinizminə, Moskva irticasına da nifrətim hədsizdir. Amma onu da unutmuram ki, Bakıda doğulub böyümüş pravoslav rus balası Yura Kovalyov günahsız insanlara əl qaldırmış erməni cəlladlara elə toy tutmuşdu ki, başına böyük pul qoymuşdular. Yəhudi balası Albert Aqarunov “Burada doğulmuşam, bura vətənimdir!” deyərək elə xariqələr göstərdi ki, Azərbaycan paytaxtın tən ortasında ona abidə ucaltdı. Bu yəhudi babasının xatiri mənim üçün müsəlmanların cəlladını sinəsinə basan əmmaməli riyakarların minindən əzizdir.
...Bir salamat ev, ocaq qalmayıb, Məhəccərlər, dəmir darvazalar, xülasə, metal nə varsa, hər şey daşınıb, ağaclar da mişarlanıb, su gələn yerlər də dağıdılıb. Mən hələ taxta-tuxtanı, sütunları, pərdiləri, parketi demirəm. Siz tərəfdən gəlmiş maradyorlar daşıya bilmədiklərini məhv ediblər, Azərbaycan torpaqlarından səlibçi köpəkləri qovan bizim hökumət əsl alicənablıq göstərərək bir dəfə də olsun nə İranı qınayıb, nə də ona layiq olduğu sözləri deyib. Sayınız deyilənə görə 30 milyondur(bəlkə də çox). Amma biz al qan içində çarpışanda, cınqırınız da çıxmadı. Kömək göstərmədiniz, öz işinizdir, amma kişiliyiniz olsun, məzhəb, din pərdəsi altında içimizdə məxlətə salanları dayandırın.
Firuz Haşımov
Dünya indi bizi tanıyır... Biz sübut etdik ki, Eldəgiz, Səfəvi, Qacar, cəngavərlərinin, Babəkin, Cavad xanın Əlincə, Gəncə şəhidlərinin, Səttar xanın, Xiyabaninin əsl varisləri bizik. İbrət alın, əgər peyğəmbər nişanəli bayraq ikinci dəfə səmamızda dalğalandısa, əgər bu millətin balaları şəhadətə yüksəlməyi səadət sayırsa, deməli bizə zaval yoxdur. Yenə də təvəqqe edirəm, sizinlə heç kimin işi yoxdur, amma həyatımıza zəhər qatmayın. Ağır günlərimizdə düşmənlərimizə arxa durdunuz. Onların belini qırdıq! İndi də “narkotik seli”ni üzərimizə yönəldirsiniz. Biz yaxşı bilirik ki, hökumətinizin izni olmadan heç kim belə qələtləri etməz. Azərbaycanlı dindar küçədə, meydanlarda başına, sinəsinə döyə-döyə nərə çəkməz. O, ilk növbədə məscidlərə donuz salan, körpə uşaqlara, qocalara, qadınlara rəhm etməyən şərəfsiz cəlladlara və onlara qahmar çıxan binamuslara qulaq vurması verir. Mənim əziz soydaşlarım, sizin tarixiniz, bacısı, qızı ilə evlənməyi qanuni saymış deqenerat hökmdarlardan başlamır.
Tarixdən az-maz baxəbər olanlar mənim nə dediyimi yaxşı başa düşəcəklər. Yazılı tarixinizə cəzasız müdaxilə edib, onu yaman günə qoyanlar ya rus olub, ya da fars.
Bir də, zaman-zaman fəxri adlara layiq görülmüş, orden-medallar almış manqurtları isə hamı tanıyır”.
Stopnarkotik.az