İranın 11 həbsxanasında edam hökmlərinə etiraz olaraq aclıq aksiyası keçirilir.
Məlumat “İran international” tərəfindən yayılıb.
Bildirilib ki, yaponiyalı Mey Sato BMT-nin İranda İnsan Hüquqları üzrə yeni məruzəçisi təyin olunub. O, iyulun 16-dan vəzifə səlahiyyətlərinin icrasına başlayıb. Buna əsaslanan “Çərşənbə günü edama yox” kampaniyasının iştirakçıları ondan İranda edam hökmlərinin icrası ilə bağlı məsələlərə diqqət etməsini istəyiblər.
Aksiyalara Tehranın Evin, Kərəc şəhərindəki Qızılhasar, Xürrəmabad, Təbriz, Xoy, Nəğədə, Saqqız, Məşhəd şəhərlərinin həbsxanalarındakı məhbuslar da qoşulub.
Qeyd edək ki, bu kampaniya Vəfa Azarbara, Məhəmməd Fəramərzi, Pecman Fatehi və Möhsün Məzluminin edamına etiraz olaraq başlayıb.