ABŞ-nin sanksiyasına məruz qalan İran yük gəmisi 3 il gecikmədən, cərimələr və ağır xərclər ödəndikdən sonra İstanbul limanından buraxılıb.
“Bloomberg” agentliyi xəbər verir ki, bu gəmi İranın öz ekspedisiya qrupları tərəfindən aparılan böyük gecikmələrdən və təmirdən sonra Türkiyə sularını tərk edəcək.
İranın “Şamim” yük gəmisi 2020-ci ilin sonlarında İspaniya sularında texniki mühərrik nasazlığı ilə üzləşib və başqa gəmi onu 2021-ci ilin yanvarında İstanbulun “Heydər” Paşa limanına gətirib.
O vaxtdan bu gəmi sanksiya məhdudiyyətlərinə görə İstanbulun Boğaziçi boğazının cənub hissəsində yerləşən limanda ilişib qalıb. Gəmi sahibinin cəhdlərinə baxmayaraq, heç bir xarici şirkət onu təmir etmək və ya almaq istəməyib.
Nəhayət, 3 ildən sonra “Şamim” gəmisi İranın dispetçer qrupları tərəfindən təmir edilib və bu təmirə görə 4 dəfə cərimə olunub. Həmçinin, Heydər paşa limanına yanalma üçün 1,3 milyon dollar liman haqqı ödənilib./azvision.az