İran-ABŞ danışıqlarının beşinci raundu başa çatıb - YENİLƏNİB

İran ABŞ danışıqlarının beşinci raundu başa çatıb.

Bu barədə Oman xarici işlər naziri Bədr Əlbusaidi bildirib.

"İran ABŞ danışıqlarının beşinci raundu bu gün Romada bəzi, lakin qəti olmayan irəliləyişlə başa çatıb. Ümid edirik ki, yaxın günlərdə qalan məsələlərə aydınlıq gətirək, davamlı və şərəfli razılığın əldə olunması kimi ümumi məqsədə doğru irəliləməyə imkan verək", - nazir qeyd edib.

15:49

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutub.

Stopnarkotik.az xəbər verir ki, mayın 16-da İstanbulda əldə olunmuş Rusiya-Ukrayna razılaşmalarına əsasən, Kiyevin nəzarətində olan ərazidən 270 Rusiya hərbçisi, o cümlədən Ukrayna Silahlı Qüvvələri tərəfindən əsir götürülmüş Kursk vilayətindən olan mülki şəxslər də daxil olmaqla 120 mülki şəxs geri qaytarılıb.

Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 270 hərbi əsiri və 120 mülki şəxsi Kiyevə təhvil verilib.

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib ki, Kiyev tərəfindən geri qaytarılan rusiyalılar hazırda Belarusdadır və onlara lazımi yardım göstərilir.

O da qeyd olunub ki, Rusiya və Ukrayna arasında genişmiqyaslı əsir mübadiləsi yaxın günlərdə də davam edəcək.