Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, özəl şirkətlərə psixotrop dərmanların idxalı qadağan olunacaq.
"Səthi təhlillər göstərdi ki, Gürcüstanda psixotrop dərmanlardan istifadə normativ həddi xeyli aşır. Psixotrop dərmanların qeyri-tibbi, lakin narkotik məqsədlər üçün istifadəsinin qarşısının alınması məqsədilə özəl şirkətlər tərəfindən psixotrop dərmanların idxalı tamamilə qadağan olunacaq. Xüsusi nəzarət altında olan dərmanların idxalı və satışı müstəsna olaraq dövlət tərəfindən həyata keçiriləcək", - Kobaxidze bildirib.
Onun sözlərinə görə, ölkədə reseptlərin yazılmasına və dərmanların buraxılmasına da nəzarət gücləndirilir.
Stopnarkotik.az