Narkotik aludəçiləri ondan istifadəyə fərqli bəhanələrlə başlayırlar. Hərə bir yolla narkotikin toruna düşür. Bəziləri depressiyadan çıxmaq, bəziləri özgüvəni artırmaq, kimlərsə onlara ağrı verən travmaları unutmaq üçün, başqaları isə maraqdan, "gözü hər şey gördüyü" üçün nəsə fərqli bir şeyi sınaqdan keçirmək, əylənmək üçün... Yəqin ki, sonradan başlarına gələcəkləri bilsəydilər narkotikə tamah salmaz, hansısa səbəbdən narkotikə əl atmazdılar. Bu bəlanı doğuran səbəbləri araşdıran bir sıra qurumlar var ki, onlar əsasən çıxış yolunu maarifləndirmədə görürlər.
Bu mövzuyla bağlı ABŞ-ın Las-Veqas şəhərində “Narkotiklərlə Mübarizə Qrupu”nun (D.A.R.E) konfransı keçirilib. “Narkotiklərlə Mübarizə Qrupu”nda (D.A.R.E) çalışmış Aleks Mendoza onlayn sənədli filmində belə bir iddia ortaya atır ki, “alkoqol da narkotik vasitədir”, hərçənd ki, o, özü də bəzən alkoqollu içkiləri içir. Ancaq onun fikrincə, marixuana başqa hekayədir və onu istirahət məqsəilə istifadə etmək təhlükəlidir. Baxmayaraq ki, xərçəng ağrılarından əziyyət çəkən kürəkəninin dadına marixuana çatdıqdan sonra o marixuananın tibbi əhəmiyyətə malik olduğuna inanıb.
Aleks Mendoza D.A.R.E. proqramının gənclərin narkomaniyanın qarşısının alınmasına yanaşmasını doğru yönəltmək üçün çalışmış əməkdaşdır. "Mənim üçün bu iş gəncləri maarifləndirməkdir, onlara yaşadıqları hər hansı ağrının öhdəsindən gəlmək üçün lazım olan alətləri verməkdir, hansı ki, bu ağrı narkotik istifadəsinə gətirə bilər. Əgər özünüzü sevmirsinizsə və iradəniz, dözümünüz yoxdursa, o zaman nə olursa olsun, narkotikə doğru gedəcəksiniz", deyə Mendoza bildirir.
"Alkoqol barədə də eyni fikirdəsiniz" sualına, “Tamamən. Demək istədiyim odur ki, alkoqol narkotikin qapısıdır”, deyə Mendoza cavab verir. "İçki içmirsən" sualına isə Mendoza, "nadir hallarda", "ayda bir-iki dəfə", - deyə cavab verib. “Alkoqol narkotikə qapıdırsa, bəs marixuana niyə əyləncə məqsədilə istifadə edilir, daha ağır narkotiklərə qapı kimi qəbul edilmir” sualına, "marixuanaya o qədər çoxtərəfli yanaşma var ki, bəziləri onu tütün məhsullarından daha təhlükəli hesab edir, bəziləri isə marixuananı ağır xəstə olan insanları müalicə etmək üçün istifadə oluna biləcəyini söyləyirlər", deyə cavab verib.
“Qardaşım bu yaxınlarda xərçəng xəstəliyindən vəfat etdi və o, heç bir reseptlə yazılan dərmanları qəbul etmək istəmədi. Təbii bir şey istədi və ağrısı ilə mübarizə aparmaq üçün THC istifadə etdi. Və kömək etdi. Marixuana ağrının öhdəsindən gəlməyə kömək edir və buna görə marixuanadan istirahət üçün istifadə etməyə bəhanə kimi yapışan insanlar var”, - deyə Mendoza bildirib.
Stopnarkotik.az