İqtisadçı Fərid Mehralızadə həbs olundu - MƏHKƏMƏ QƏRARI

Bir neçə gün öncə saxlanılan iqtisadçı Fərid Mehralızadə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, Xətai rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatı ilə bağlı qərar qəbul olunub.

Qərara əsasən, Fərid Mehralızadə barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.