Yardımlıda intihar edən yeniyetmə ilə bağlı yeni təfərrüat məlum olub.
Stopnarkotik.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ailəyə yaxın olan şəxs danışıb.
Məlumata görə, 15 yaşlı Ələkbər Rafiq oğlu Şükürlünün son bir həftədir özünə qapalı olduğu və ailəsinə qarşı aqressiv davranışlar nümayiş etdirdiyi müşahidə edilib.
Əldə etdiyimiz digər məlumata görə, yeniyetmə intihar etməmişdən qabaq məktub yazıb. Həmin məktubda hansısa oyunda Ə.Şükürlüyə vaxt təyin edildiyi və o tarixə qədər özünü öldürməli olduğu qeyd edilib.
Bildirək ki, Ə.Şükürlü evin son beşiyi və beş bacının tək qardaşı olub. O bu gün torpağa tapşırılıb.
***11:02
Yardımlıda intihar hadisəsi olub.
Hadisə Zevin kəndində baş verib.
15 yaşlı Ələkbər Rafiq oğlu Şükürlü yaşadığı evdə atasına məxsus ov tüfəngindən atəş açaraq özünü öldürüb. Onun hansı səbəbdən intihar etdiyi bilinmir.Hadisə yerinə gələn polis və prokurorluq əməkdaşları evdən müvafiq sənədləri olan 1 ədəd “TOZ” markalı ov tüfəngini götürüblər.
Faktla bağlı Yardımlı rayon Prokurorluğunda araşdırma aparılır.