Paytaxtın Nəsimi rayonu Alı Mustafayev küçəsi 11 ünvanında baş verən intihar hadisəsinin bəzi təfərrüatları məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, əslən Biləsuvar rayonundan olan 1979-cu il təvəllüdlü Sədi Zöhrablı kəndir vasitəsilə özünü asıb.
Hadisə yerinə ilk olaraq qardaşının gəldiyi bildirilib. O, pəncərəni qıraraq qapını açıb, qardaşını kəndirdən azad edib.
Qeyd edilib ki, "Atasığorta" şirkətinin Memar Əcəmi filialının rəhbəri olan S.Zöhrablı ailəli olub və üç övladı var.
Məlumat üçün bildirək ki, Sədi Zöhrablının atası Fail Məmmədov əməkdar həkimdir.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.