İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu beynəlxalq axtarışda olan şəxsi həbs edib.
Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə beynəlxalq axtarışda olan, 1982-ci il təəllüdlü Rəşad Əmirov İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən Gürcüstanda saxlanılıb.
Hazırda onun Azərbaycana ekstradisiyası üçün tədbirlər görülür.