İnternetdə daxili orqanlarını satmaq istəyirdi, saxlanıldı

Qazaxıstanın Aktobe vilayətində daxili orqanlarını internet vasitəsilə 15 milyon tengəyə (29,5 min dollar) satmağa cəhd edən şəxs saxlanılıb.

Məlumata görə, həmin şəxs Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən internetdə məlumatların monitorinqi zamanı aşkar edilib.

Onun barəsində insan orqan və toxumalarının qanunsuz götürülməsi maddəsi ilə cinayət işi açılıb. Bu maddəyə əsasən, beş ilədək azadlıqdan məhrum etmə nəzərdə tutulur.