İnsan alverində təqsirləndirilən Aləmzar Kərimovanın cinayət işi üzrə məhkəmə yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Aləmzar Kazımova 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Aləmzar Kazımova Cinayət Məcəlləsinin 144-1.2.1 ( İnsan alveri - İki və ya daha çox şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham olunub.