İnsan alverində ittiham olunan iki qadın axtarışa verildi - FOTO

Bakı şəhər Baş Polis İdarəsi insan alverində ittiham olunan iki qadını axtarışa verib.

Stopnarkotik.az Teleqraf-a istinadən xəbər verir ki, onlardan biri Cəfərova Esmira Sabir qızıdır.

Onun barəsində Cinayət Məcəlləsinin 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək) maddəsilə axtarış elan olunub.

Məmmədova Gülnarə Vladimir qızı barəsində isə Cinayət Məcəlləsinin 144.1.1-ci maddəsi ilə axtarış elan edilib.