Gürcüstandan Fransaya insan alverində ittiham olunan transmilli qrup ekstradisiya edilib. Bu barədə prokurorluq məlumat yayıb.
Stopnarkotik.az xəbər verir ki, transmilli qrup 2024-cü ildən İnterpolun Qırmızı Bildirişi əsasında axtarışda olub. Fransa araşdırmasına görə, saxlanılan şəxslər azı 7 nəfərin Fransaya göndərilməsində və onların cinsi istismarında iştirak ediblər. Ekstradisiya edilən şəxslərin ümumi sayı açıqlanmır.
Agentlik dəqiqləşdirməsə də, görünür, söhbət Avropada bir sıra qalmaqallı cinayət işləri ilə tanınan “Mütləq Ruhani İnteqrasiya Hərəkatı” (MISA) yoqa sektasının nümayəndələrindən gedir. Qurbanlar guya mənəvi tantrik kurslara dəvət edilmiş, psixoloji manipulyasiyalara məruz qalmış və xaricə səyahətə inandırılmış, burada fahişəliyin və cinsi zorakılığın qurbanı olmuşlar.
Stopnarkotik.az