“İmkanım olsaydı, İlham Əliyevə səs verərdim” - GÜRCÜ DEPUTAT

“İmkanım olsaydı, mən də İlham Əliyevə səs verərdim”.

Stopnarkotik.az xəbər verir ki, bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasının Azərbaycandakı növbədənkənar prezident seçkilərini müşahidə edən missiyanın tərkibinə daxil olan gürcü deputat Ramaz Nikolayşvili deyib.

Onun sözlərinə görə, seçkilər texniki cəhətdən çox yüksək səviyyədə təşkil olunub:

“Bu Azərbaycanda işğal olunan ərazilərin azad edilməsindən, ölkənin öz suverenliyini bərpa etməsindən sonra ilk seçkilərdir. Bu mənada Azərbaycan Prezidentini təbrik edirəm.

Mən onu regionun lideri olaraq görürəm. Onun Azərbaycan xalqı üçün gördüyü işləri lazımınca qiymətləndirməyinizi istəyirəm. Mən öz ölkəmdə belə bir prezident olmağını istərdim. İmkanım olsaydı, mən də ona səs verərdim”.