İmişli sakinindən 152 kiloqram narkotik tərkibli bitki götürüldü - FOTO

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş 2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər çərçivəsində rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Muradxanlı kənd sakini, əvvəllər məhkum olunmuş Təbriz Nəcəfov saxlanılıb. 
Onun yaşadığı kənd ərazisinə keçirilən baxış zamanı çöllük sahədə sonuncu tərəfindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən və yaş çəkisi 152 kiloqram olan 47 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Faktla bağlı İmişli RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Stopnarkotik.az