İmamoğlunu əvəzləyəcək şəxsin adı bəlli oldu - FOTO

İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) Məclisi sədr Ekrem İmamoğlunun korrupsiya istintaqı çərçivəsində həbs olunmasından sonra onun yerinə bələdiyyə sədrinin vəzifəsini icra edəcək şəxsi seçib.

Stopnarkotik.az xəbər verir ki,  bu barədə "Anadolu" Agentliyi məlumat yayıb. 

Saraçhanedəki bələdiyyə binasında keçirilən məclisin iclasına İstanbul Böyükşəhər Bələdiyyə Məclisi sədrinin 2-ci müavini Gökhan Gümüşdağ sədrlik edib.

Yekunda Cümhuriyyət Xalq Partiyası (CHP) qrupu tərəfindən namizədliyi irəli sürülən məclis üzvü Nuri Aslan İstanbul Böyükşəhər Bələdiyyəsi sədri vəzifələrini icra edən seçilib.