"Tesla" elektrik avtomobili fabriklərində minlərlə insanabənzər "Optimus" robotu işləyəcək.
Bunu "SpaceX" və "Tesla" şirkətlərinin sahibi İlon Mask bəyan edib.
O hesab edir ki, insanabənzər robotların hərəkət səviyyəsi tezliklə əhəmiyyətli dərəcədə arta biləcək. Belə ki, onlara şifahi tapşırıq vermək və ya hansısa hərəkəti göstərmək, onlardan da bunu tələb etmək kifayət edəcək.
Mask istisna etməyib ki, "Optimus" robotlarının yeni növləri insanlar kimi videolara baxaraq müxtəlif bacarıqlar əldə edə biləcəklər.
Qeyd edək ki, "Tesla" gələn il insanabənzər "Optimus" robotlarının satışına başlayacaq. "Optimus" obyektləri qüsursuz şəkildə ayırmaq və əşyaları rənglərinə görə tam avtonom şəkildə çeşidləmək qabiliyyətinə malikdir. Robot 5-10 il ərzində mükəmməlləşəcək, qiyməti isə 20 min dollardan aşağı olmayacaq.
Mənbə: TASS