İllərdir bağlı qalan 4 cinayət faktının üstü açıldı - PROKURORLUQDAN AÇIQLAMA

Əvvəlki illərdən bağlı qalmış 4 xüsusilə ağır cinayətin üstünün açılması təmin edilmişdir.
 
Baş Prokurorluqda keçirilən Geniş Kollegiya İclasında Baş prokuror Kamran Əliyev bildirib ki, 2024-cü ilin birinci yarımilində prokurorluq, daxili işlər və digər aidiyyəti orqanlarla ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş 4 qəsdən adam öldürmə cinayətin üstünün açılması təmin edilmişdir.

Stopnarkotik.az