Venesuela prezidenti Nikolas Maduro Ekvadorun keçmiş prezidenti Rafael Korrea ilə ispan dilində verdiyi müsahibədə “Günəş Karteli” haqqında maraqlı təfərrüatlar açıqlayıb.
Rafael Korreanın, “Cənab prezident, Günəş karteli mövcuddurmu?” sualına belə cavab verib:
“Şimal karteli var, bu gizli bir karteldir. Hər il beynəlxalq narkotik ticarətində dövriyyədə olan pulun 85%-i, hansı ki, bu, milyardlarla dollardır, Amerika banklarındadır. Əsl kartel budur, qoy onlarla məşğul olsunlar, ifşa etsinlər”. Qarşı tərəfin, “çirkli pulların yuyulması” replikasına Maduro, “Bəli, çirkli pulların yuyulması”, deyə cavab verib.
Rafael Korreanın, “narkotik ticarəti ilə mübarizə aparmaq üçün biz ofşor şirkətlərdən qurtulmalıyıq” replikasının cavabında isə, Maduro bildirib ki, “vitse-prezidentin mənə verdiyi məlumatlara baxdım və məncə ildə 500 milyard dollardan çox pul ABŞ banklarına, rəsmi banklara daxil olur. Hər hansı bir karteli araşdırmaq istəyirlərsə, qoy bu Şimal Karteli olsun, çünki Cənubi Amerikada və dünyada bütün narkotik ticarəti ABŞ-dan idarə olunur, çünki onlar tiryək ticarətinə də nəzarət edirlər və s. Mafiya və əsl kartellər məhz ABŞ-dadır”.
Stopnarkotik.az