Acarıstanda iki Ukrayna vətəndaşı qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etməyə, saxlamağa və satmağa cəhd etdikləri üçün saxlanılıb.
Stopnarkotik.az xəbər verir ki, Gürcüstan polisi təqsirləndirilən şəxslərin satmaq üçün 12 yerdə yerləşdirdiyi narkotik vasitəni müsadirə edib.
Bu cinayətə görə onları 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir. Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, saxlanılan hər iki şəxsin 21 yaşı var.
Stopnarkotik.az