"İki dəfə məni öldürməyə çalışıblar..." - ROMA PAPASI

Roma Papası Fransisk memuarlarında iki dəfə sui-qəsd cəhdindən xilas edildiyini açıqlayıb.

2021-ci ilin martında Mosul (İraq) səfəri zamanı baş verən hadisəni xatırlayan Papa  britaniyalı xüsusi xidmət orqanlarının məlumatı əsasında xilas edildiyini vurğulayıb.

“İraq polisi Vatikandakı jandarmaya britaniyalı xüsusi xidmət orqanlarının məlumatını ötürdü. Məlumata görə, gənc bir qadın-kamikadze Mosula doğru hərəkət edirdi və üzərindəki partlayıcı qurğunu işə salmağı planlaşdırırdı. Bununla yanaşı, eyni məqsədlə yüksək sürətlə bir mikroavtobus da hərəkət edirdi. Buna baxmayaraq, səfər davam etdi,” – deyə Papa Fransisk memuarlarında yazıb.

Katolik lider əlavə edib ki, səfər zamanı sui-qəsd cəhdində olan şəxslərin aqibəti ilə maraqlanıb və ona bildirilib ki, həmin şəxslər artıq mövcud deyillər. “İraq polisi onların qarşısını kəsdi və onlar öz partlayıcıları ilə zərərsizləşdirildi. Bu hadisə məni dərindən sarsıtdı. Müharibənin daha bir zəhərli meyvəsi,” – deyə Papa vurğulayıb.

Qeyd edək ki, Papa Fransisk Roma-Katolik Kilsəsinin İraqı ziyarət edən ilk lideridir. Onun Mosul səfəri, bu şəhərin 2014-2017-ci illərdə İŞİD-in nəzarətində olduğu çətin bir dövrün ardından baş tutmuşdu./musavat.com