İraqda Kərbəla ziyarətinə gedən azərbaycanlı zəvvarların vəfat səbəbi məlum olub.
Stopnarkotik.az oxu.az-a istinadən xəbər verir ki, Göyçay rayon sakini Elşən Cəfərovun ürəyində ciddi problemlər var imiş. O, infarkt səbəbindən həyatını itirib.
Rafiq Məhərrəmlinin isə yaşlı olduğu, havanın və yolun təsirindən dünyasını dəyişdiyi qeyd olunub.
Hazırda Kərbəla şəhərində kölgədə havanın temperaturu 49 dərəcədir.
Əldə etdiyimiz digər məlumata görə, Elşən Cəfərov və Rafiq Məhərrəmli şəxsi büdcələri hesabına ziyarətə gediblər.
Bu məlumatı Qafqaz Müsəlmanları İdarəsindən saytımıza təsdiqləyiblər.
Qeyd edək ki, Elşən Cəfərov Kərbəla şəhərində, Rafiq Məhərrəmli isə Nəcəf şəhərində dəfn olunub.
***10:55
İraqda azərbaycanlı zəvvar vəfat edib.
Stopnarkotik.az "qafqazinfo"ya istinadən xəbər verir ki, Kərbəla ziyarətində olan zəvvarlarımızdan biri piyada səfəri zamanı dünyasını dəyişib.
Yaxınlarının sosial şəbəkələrdə yaydığı məlumata əsasən, Göyçay rayon sakini, Kərbəlayi Elşən kimi tanınan həmyerlimiz Kərbəla şəhərinə daxil olarkən qəfil vəfat edib. O, elə Kərbəla şəhərində dəfn olunub.
Bundan başqa Nəcəf şəhərində Bakı şəhər sakini Hacı Rafiq adlı azərbaycanlı zəvvar da vəfat edib. O da öldüyü şəhərdə dəfn edilib.