Nizami rayonu ərazisində yerləşən dayanacaqda bir nəfər şəxsin içərisində 4000 manat dəyərində noutbuku və idman geyimi olan çantasının oturacağın üzərindən oğurlanması barədə polisə məlumat daxil olub.
Stopnarkotik.az xəbər verir ki, Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Adəm Əhmədov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.