İçərişəhərdə zivədən asılmış 100 manat dəyərində qadın libası oğurlayan şəxs saxlanılıb.
Stopnarkotik.az qaynarinfo.az-a istinadən xəbər veri ki, aparılan araşdırma nəticəsində hadisəyə görə 1992-ci il təvəllüdlü Bakı şəhər sakini Teymur (ad-şərti) adlı şəxs saxlanılıb.
Teymur maddi imkanı olmadığından oğurluq etdiyini etiraf edib.
Məhkəmənin qərarı ilə Teymur İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək, barəsində 23 gün müddətində inzibati həbs növündə tənbeh tətbiq olunub.