Yəməndəki husi üsyançıları (Ənsarullah) BMT-nin ABŞ və Britaniya vətəndaşları olan əməkdaşlarına nəzarətində olan əraziləri tərk etmək üçün bir ay vaxt verib.
Bu barədə “Əl-Mayadeen” telekanalı məlumat yayıb.
Husilər bildirir ki, BMT sözügedən ölkələrdən olan əməkdaşlarını Ənsarullah nəzarətində olan ərazilərdə işə cəlb edə bilməz.