“Hüseyniyyun” terror təşkilatının başçısı İran rəsmiləri tərəfindən mükafatlandırıldı - VİDEO

“Hüseyniyyun” terror təşkilatının rəhbəri Tohid_İbrahimbəyli göstərdiyi “xidmətlərə” görə İranın hərbi rəsmiləri və din xadimləri tərəfindən mükafatlandırılıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Məlumata görə, mükafatlandırmanın videogörüntüsünü ermənipərəst siyasi şərhçi Ehsan Movəhhediyan “X” hesabında paylaşıb.

Qeyd edək ki, “Hüseyniyyun” terror təşkilatının üzvləri Azərbaycanda da saxlanılmışdılar.