Hərbi zavodun baş direktoru 9 yaşlı ögey qızına təcavüz etməkdə ittiham olunaraq saxlanılıb.
Stopnarkotik.az gazeta.ru-ya istinadən xəbər verir ki, hadisə Rusiyanın paytaxtı Moskvada baş verib.
Bildirilib ki, baş direktorun 40 yaşlı arvadı bu yaxınlarda hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb. O, 67 yaşlı ərinin qızına təcavüz etdiyini iddia edib. Qadının sözlərinə görə, ilk dəfə əri qızının 9 yaşı olanda ona təcavüz edib.
Qeyd olunub ki, İstintaq Komitəsi tərəfindən zavod direktoruna qarşı cinayət işi açılıb və polisə təhvil verilib. İlkin məlumatlara görə, o, 2019-cu ildən 2023-cü ilə qədər ögey qızına qarşı zorakılıq edib.