Sosial şəbəkələrdə yaşı otuzdan yuxarı olan həqiqi hərbi xidmətdə olmayan Azərbaycan Respublikası vətəndaşlarına çağırış vərəqələri gəlməsi barədə xəbərlər yayılıb.
Stopnarkotik.az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlamasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib ki, qanunvericiliyə görə yaşı 18-dən 35-ə qədər olan Azərbaycan Respublikası vətəndaşları hərbi xidmət keçməlidirlər.
"Əgər əsgərliyə yararsızlar varsa, onlar hər üç ildən bir bildiriş alırlar və növbəti komisiyadan keçirlər. Yararsız olduğu halda növbəti dövr üçün möhlət verilir. Yararlı olduğu halda isə hərbi xidmətə göndərilir", - deyə o qeyd edib.