Braziliya Hərbi Dəniz Qüvvələri federal polislə əməkdaşlıq edərək, ölkə suları ərazisi tarixində ən böyük narkotik yükü-3,6 ton kokain müsadirə edib.
Stopnarkotik.az xəbər verir ki, əməliyyat Braziliya sahillərində qeyri-qanuni fəaliyyətlərə qarşı mübarizə aparan qurumlarının davamlı əməkdaşlığı və koordinasiyası ilə baş verib.
Hərbi Dəniz Qüvvələrinin hesabatına görə, onlar Resifedən təxminən 18 dəniz mili uzaqlıqda olan “Palmares 1” adlı kiçik sahil gəmisini tutublar. Gəmi Afrikaya gedirmiş. Gəmini saxladıqdan sonra kabinədə böyük kokain paketləri tapıblar. Polis 5 ekipaj üzvünü həbs edib və donanma gəminin Resifeyə çəkildiyini bildirib. Ekipaj üzvlərini beynəlxalq narkotik ticarəti ittihamı ilə 35 ilə qədər həbs gözləyir.
2020-ci ildən bu günə kimi hərbi dənzçilər 17 tondan çox kokain, 4,3 ton həşiş, 695 ton siqaret, 113,34 ton balıq, 15,7 ton marixuana və 3146 kubmetr qanunsuz ixrac olunmuş odun ələ keçiriblər.
Stopnarkotik.az