Moskvada rusiyalı hərbçinin olduğu avtomobili partlatmaqda ittiham olunan Yevgeni Serebryakov Ukrayna kəşfiyyat xidmətləri ilə əməkdaşlıq etdiyini etiraf edib.
Stopnarkotik.az xəbər verir ki, o, bu barədə FSB Mərkəzi Əməliyyat Mərkəzinin TASS-a təqdim etdiyi videoda bildirib.
Təqsirləndirilən şəxs cinayəti törətməyə necə hazırlaşdığını da açıqlayıb:
“2023-cü ilin fevralında mən Ukrayna kəşfiyyat xidmətləri ilə əməkdaşlıq etmək məqsədi ilə onlarla əlaqə saxladım. Sonradan İlya adlı bir nəfərlə ünsiyyətdə oldum. Güman edirəm, o UTX-nin əməkdaşı idi. Mən əldəqayırma partlayıcı qurğu yaratmaq üçün komponentləri götürdüm. İlya zabiti məhv etməyi təklif etdi. İlyanın nəzarəti və təlimatları ilə partlayıcı qurğu yığıb maşının altına qoydum”.
Serebryakov həmçinin bildirib ki, buna görə ona 10-20 min dollar və Ukrayna vətəndaşlığı vəd edilib.
Federal Təhlükəsizlik Xidmətinin təqdim etdiyi videoda təqsirləndirilən şəxsin Türkiyədən Rusiyaya necə aparıldığı da əks olunub.
Qeyd edək ki, 24 iyulda Moskvada MN-in yüksək rütbəli zabitinin maşını partladılıb. Serebryakovun iyulun 26-da Türkiyədə yaxalanıb.