HƏMAS İsraili hər növbəti hücumuna görə bir israilli əsiri edam etməklə hədələyib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə “Əl Hadath” telekanalının məlumatında bildirilib.
"İsrail qoşunlarının yaşayış binalarına və mülki obyektlərə hücumlarına cavab olaraq girovlar edam olunacaq”, - HƏMAS-ın bəyanatında deyilib.
Telekanal qeyd edib ki, fələstinli radikallar əsir götürülmüş israillilərin edamlarını lentə alaraq sosial şəbəkələrdə dərc etməklə hədələyirlər.