Həmkəndlisi tərəfindən öldürülən Tamerlan Vətən müharibəsi iştirakçısı imiş

Xəbər verdiyimiz kimi, 5 ay əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi faktı müəyyənləşib.

Stopnarkotik.az unikal.az-a istinadən xəbər verir ki, qətlə yetirilən Qazax rayonunun Aşağı Salahlı kənd sakini, 1994-cü il təvəllüdlü Tamerlan Sadıqov Vətən müharibəsi iştirakçısı olub.

Mərhum "Vətən müharibəsi iştirakçısı" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Qeyd edək ki, T.Sadıqov həmkəndlisi, 1988-ci il təvəllüdlü Xaliq Məmmədrzayev tərəfindən qəsdən öldürülüb.