Ukrayna müharibəsindən posttravmatik stress pozğunluğu (TSSB) ilə qayıdan “Axmat” batalyonunun əsgəri Mahaçqala polis idarəsində saxlanıldıqdan sonra ölüb.
Bu barədə “Baza” Telegram kanalı yazıb.
Bacısı bildirib ki, 48 yaşlı Əhməd Cəbrayılov bu yaxınlarda cəbhədən qayıtmışdı və çox güman ki, TSSB-dən əziyyət çəkirdi. Cəbhə xəttində əsgər dostlarını itirib və mərmi zərbəsi alıb. Döyüş zamanı o, yaralıları çıxarıb, sonra səngərə qayıdıb və üç gün oradan çıxa bilməyib.
Bu müddət ərzində Cəbrayılov tək olub və heç bir şey yeməyib, bu da ağır xəstəliyə səbəb olub. Bacısının sözlərinə görə, kişi əsir düşməkdən qorxurmuş və təslim olmaqdansa, ölməyə hazır imiş. Öz növbəsində İctimai Nəzarət Komissiyasının (POK) nümayəndəsi Şamil Xadulayev Telegram kanalında döyüşçünün “ləyaqətlə döyüşdüyünü” vurğulayıb.
Öldüyü gün adamın vəziyyəti pisləşib: küçəyə çıxaraq əmr verib, öz-özünə danışıb və təslim olmayacağını deyib. Qonşuları bu davranışından təşvişə düşərək onun ailəsinə və hüquq-mühafizə orqanlarına müraciət ediblər.
İyulun 9-da Cəbrayılov saxlanılaraq polis şöbəsinə aparılıb, bir müddət sonra onun getdiyi barədə ailəsinə məlumat verilib. Döyüşçünün son canlı görüntülərində polisin ona işgəncə verdiyi görünür. Məhkəmə-tibbi ekspertizanın rəyinə görə, döyüşçü boğularaq ölüb./publika.az