HƏMAS-ın yüksək vəzifəli şəxsi öldürüldü

İsrailin Qəzza zolağında başlatdığı antiterror əməliyyatları nəticəsində HƏMAS-ın iqtisadi məsələlər üzrə məsul şəxsi Coad Əbu Şmalah öldürülüb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, o, HƏMAS-da müxtəlif vəzifələri icra edib və İsrail dövlətini hədəf alan bir sıra əməliyyatlara rəhbərlik edib.