Fələstinin HƏMAS hərəkatının hərbi qanadı Əl-Qəssam Briqadaları Qəzza zolağında dinc əhaliyə edilən hücumlara cavab olaraq İsrailin Təl-Əvivi raket atəşinə tutduğunu bildirib.
Bu barədə İsrail KİV-ləri məlumat yayıb.
Qrupun bəyanatında Tel-Əvivə raket zərbələri endirdiyi iddia edilir. Bu, “sionistlərin dinc əhaliyə qarşı qətliamına” cavab olaraq edilib.
Bundan əvvəl Fələstinin HƏMAS radikal qruplaşmasının silahlı qanadı İzzəddin əl-Qəssam İsrailin Aşkelon şəhərinə hücum edib.