Noyabrın 20-də Fələstinin radikal HƏMAS hərəkatı oktyabrın 7-də hərbi əməliyyatlar başlayandan bəri İsrailin Təl-Əviv şəhərinə ən ağır raket zərbələri endirib.
Stopnarkotik.az “report”-a istinadən xəbər verir ki, bu barədə ərəb telekanalları “Al Arabiya” və “Al Mayadeen” məlumat yayıb.
Qeyd olunub ki, İsrailin mərkəzində yerləşən bir neçə şəhər raket atəşinə tutulub.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS “Əl-Əqsa” daşqını əməliyyatına başladığını elan etdikdən sonra Qəzza zolağından minlərlə yaraqlının İsrailə keçməsindən sonra Yaxın Şərqdə vəziyyət gərginləşib. Buna cavab olaraq İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.